Sentybar ayının 25 - də Biləsuvar şəhərində I Qarabağ müharibəsi şəhidi Behbudov Cəmil Həbulla oğlunun anım və II Qarabağ müharibəsi şəhidi Əzizli Elnur Şahin oğlunun doğum günləri ilə əlaqədar məzarları ziyarət olunub. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideynləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdiyi xidmətlərindən və şücaətlərindən bəhs edərək, ruhlarına dualar oxuyublar.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Behbudov Cəmil Həbulla oğlu 8 mart 1977 – ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 1984-1995-ci illərdə şəhər 4 saylı tam orta məktəbində təhsil almışdır. 10 yanvar 1997-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq üçün Milli Ordu sıralarına cəlb olunmuşdur. 4 avqust 1998-ci ildə Füzuli bölgəsində düşmənlə üzbəüz döyüş zamanı qəhrəmancasına döyüşərək yaralanıb və sentyabr ayının 25-də şəhid olmuşdur. 25 sentybar 1998-ci ildə Biləsuvar şəhər qəbirsitanlığında dəfn olunmuşdur.
Azərbaycan Ordusunun MAHHXHQ-su olan şəhid Əzizli Elnur Şahin oğlu 25 sentybar 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbirsitanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əzizli Elnur Şahin oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!