"Bilesuvarinfo" xəbər veriri ki, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, Şəhid valideyinləri, ictimaiyyət nümayəndələri Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək Şəhidlik zirvəsinə ucalmış Əlizadə Tahir Qəribəli oğlunun anadan olmasının 29-cu il dönümü münasibətilə ailəsini ziyarət ediblər.
Görüşdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan Şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Daha sonra şəhər qəbirstanlıqında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əlizadə Tahir Qəribəli oğlu ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!