Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Vətən müharibəsi şəhidinin ildönümü qeyd olundu


Vətən müharibəsi şəhidinin ildönümü qeyd olundu

17 dekabr 2022, Şənbə
934
0
Bu gün Vətən müharibəsi şəhidi Gündüz Abdullayevin ikinci ildönümüdür.

"Bilesuvarinfo" xəbər verir ki, anım günündə
Biləsuvar  RİH-i başçısının müavini Azər Cəfərli, YAP Biləsuvar rayon təşkilatının əməkdaşı Atəş Məmmədli, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri rayonun Zəhmətabad kəndində şəhidimizin ata ocağını ziyarət edib. Anım mərasimində şəhidimizin  ruhuna dualar oxunub və valideyininə başsağlığı verilib.  Qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq əziz xatirəsi ehtiramla anılıb.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Abdullayev Gündüz Çingiz oğlu – 1999-cu il dekabrın 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007 - 2018-ci illərdə Zəhmətabad kənd tam orta məktəbində təhsil alıb.

Gündüz Abdullayev 2018 - 2020-ci illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020 - ci ilin aprelindən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu kimi vətənə xidmət yolunu seçmişdir.

O, Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub. 17 dekabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub.

Allah rəhmət eləsin!
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan