- 11 mart, 22:15
- 676 dəfə oxunub
- 0
Şəhid Elməddin Əlizadənin 25 yaşı tamam oldu
“Bilesuvarinfo”xəbər verir ki, 44 günlük haqq savaşında sonacan döyüşərək şəhadətə qovuşan biləsuvarlı qəhrəman - Elməddinin 25 yaşı ailəsi tərəfindən qeyd edilib. Rayon içimaiyyətinin çoxsaylı nümayəndələri Zəhmətabad kəndində olaraq, şəhidin ata ocağında valideyinlərini və kənd qəbirstanlığında məzarını ziyarət etmişlər.
Şəhid Elməddin Əlizadənin ad günündə iştirak edən ziyarət iştirakçıları qəhərəmanımızın vətənpərliyindən, döyüşlərdə göstərdiyi şücayətlərdən danışmışlar. Qeyd olunmuşdur bu cür qeyrətli Azərbaycan gəncliyinin döyüşlərdə göstərdiyi yenilməzliklər xalqmızın qəhrəmanlıq ruhunu yenilədi, dünyada qalib xalq kimi millətimizi şöhrətləndirdi.
Çünki Elməddin Vətən uğrunda şəhadəti ilə həm də öz istəyinə, arzusuna qovuşub. 1997-ci ildə Biləsuvarın Zəhmətabad kəndində dünyaya göz açan 23 yaşlı şəhidimiz hələ yeniyetmə yaşlarından idmana maraqlı olub. 2015-2016-cı illərdə Goranboyun Tap-Qaraqoyunlu kəndində həqiqi hərbi xidmətdə olarkən, Elməddin, Aprel döyüşlərində Milli Qəhrəman General-mayor Polad Həşimovun rəhbərliyi ilə uğurlu döyüş əməliyyatlarının da iştirakçısı olub.
2020-ci ilin 27 sentyabrından Vətən müharibəsi başlayanda Bakıda işləyirdi. Könüllü olaraq o da səfərbərlik xidmətinə müraciət edir. Nəhayət oktyabr ayının 1-dən cəbhəyə yollanır. Elməddin 40 gün boyunca, Ağdam, Fizuli, Xocavənd və azad olduğunu bildikdən sonra qoynunda şəhadətə qovuşduğu Şuşa uğrunda xüsusi rəşadət göstərib. O, 8 noyabr 2020-ci ildə çiynindən güllə yarası alsa da yenidən döyüşə girir və bu zaman snayperdən açılan atəş nəticəsində ən ali məqama yüksəlir... Elməddin qələbəyə saatlar, dəqiqələr qalmış şəhidlik şərbətini içib.
Elməddin Əlizadə Prezident sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.