
“Bilesuvarinfo” xəbər verir ki, bu haqda Milli Məclisin deputatı Bəhruz Məhərrəmov məlumat verərkən deyib: “Şəhidlərimizin ailə üzvləri ilə əlaqə saxlayaraq başsağlığı diləklərimizi çatdırıb, qayğıları ilə maraqlandıq. Bildirdik ki, canları bahasına Vətən torpağına azadlıq gətirən şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq!

Qeyd edim ki, Biləsuvarın Birinci Qarabağ müharibəsi qəhrəmanlarının vətənin çətin günlərində göstərdikləri şücayətlər böyüməkdə olan gənc nəsilə nümunə oldu. Onlardan, ölməz qəhrəmanlıqları ilə seçilən Mirzəyev Nurəddin Güloğlan oğlunun 1973 – ci ildə İsmətli kəndində anadan olub, 22 mart 1994-cü ildə Ağdərə uğrunda şəhid olub. Rayonun Ağayrı kəndinin sakini olan Haxverdiyev Cavid Əlifağa oğlu (16 aprel 1975 – ci il) və Biləsuvar şəhərindən Ağayev Kamaləddin Əli oğlu (15 dekabr 1968 – ci il) ilə eyni tarixdə, 1992-ci ildə Laçın istiqamətində gedən qanlı döyüşlərdə şəhadətə ucalıb.
Unutmadıq, unutmarıq! “