- 11 avqust, 12:16
- 642 dəfə oxunub
- 0
Ramiz Novruz uzunsürən xəstəlikdən sağaldı - VİDEO
"Bilesuvarinfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sənətkarın qızı Şəfəq Novruz və oğlu Cavidan Novruz sosial şəbəkə hesablarında yazıblar.
R. Novruz izləyicilərinə videomüraciət də ünvanlayıb. O, sağalmasında ona yardımçı olan həkimlərə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təşəkkürünü bildirib:
“Azərbaycanda hamının özünə doğma bildiyi, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Heydər Əliyev Fondu bizə dəstək oldu və bir daha göstərdilər ki, hər bir vətəndaş onlar üçün dəyərlidir: adi vətəndaşdan tutmuş tanınmış insanlara kimi. Bir az da utandım ki, onlar şəhidlərimizə, qazilərimizə, Qarabağın yenidən qurulmasına vaxt sərf etdikləri bir vaxda fərdi insanlara da zaman tapıb qayğı göstərirlər. Qarşılarında baş əyirəm. Ona görə də Mehriban xanımı hər kəs özünə doğma bilir. Nə yaxşı ki, Heydər Əliyev Fondu, belə insanlarımız var. Bütün komandaya minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, bir müddət əvvəl Cavidan Novruz atasının onkoloji xəstəlikdən əziyyət çəkdiyini desə də, Ramiz Novruz “Qafqazinfo”ya açıqlamasında bunu təkzib etmişdi.