Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Fermerlərlə əkin sahələrində zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri mövzusunda görüş keçirildi


Fermerlərlə əkin sahələrində zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri mövzusunda görüş keçirildi

21 fevral 2024, Çərşənbə
546
0

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində rayonun qabaqcıl fermerləri ilə növbəti görüş keçirildi. Fermerlərə zərərli orqanizmlərin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə zərərvericilərin müşahidə edildiyi ilk dövrlərdə Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etmələri tövsiyə olundu. 

"BİLESUVARİNFO" xəbər verir ki, görüşdə Biləsuvar DAİM-in bitkiçilik sektorunun əməkdaşları və rayonun Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən fermerlərə payızlıq taxıl əkini sahələrinin fitosanitar vəziyyətinin, o cümlədən ərazilərdə mövcud zərərli oqranizmlərin yayılma arealının öyrənilməsi və zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin görülməsi barədə geniş məlumat verilmişdir.

Rayonda payızlıq taxıl əkini sahələrində fitosanitar sabitliyin qorunması məqsədi ilə hazırda rayonun Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən fitosanitar müşahidələr və mübarizə tədbirləri həyata keçirilir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan