Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində rayon ərazisində fəaliyyət göstərən gübrə təchizatçıları və fermerlərlə görüş keçirilmişdir. Görüşdə gübrə təchizatçılarına və fermerlə dövlət dəstəyindən təyinatı üzrə istifadə qaydaları haqqında məlumat verilərək, bu barədə qanunvericiliyin tələbləri onların diqqətinə çatdırıldı.
“BİLESUVARİNFO” xəbər verir ki, mərkəzin bitkişilik sektorunun əməkdaşları tərəfindən fermerlərə torpaqların aqrokimyəvi analizi və uyğun gübrələrdən istifadə qaydaları barədə geniş məlumat verildi. Bildirildi ki, gübrələrdən mərhələli şəkildə şum altına toxumla birlikdə və yemləmə kimidə istifadə oluna bilər. Eyni zamanda əkin sahələrində aqrotexniki qaydalara əməl etməklə pestisitlərdən istifadə qaydaları haqqındada geniş məlumat verildi.
Sonda fermerlərə torpaqların aqrokimyəvi analizi və uyğun gübrələrdən istifadə qaydaları haqqında yaddaş bukletləri paylanıldı.