Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » “Məhsul” bayramı keçirildi


“Məhsul” bayramı keçirildi

21 oktyabr 2022, Cümə
539
0
Biləsuvar rayonunda pambıqçılıq ənənələrini əks etdirən “Məhsul” bayramı keçirildi. 

"Bilesuvarinfo" xəbər verir ki, bayram tədbiri Biləsuvar rayonunun 40 təsərrüfatdan, 245 nəfər əhalidən ibarət olan, əhalisinin əksəriyyətinin əkinçilik və maldarlıqla məşğul olduğu, Amankənd kəndindən 30 km məsafədə yerləşən köhnə Əmənkənd adlanan ərazidə təşkil olundu. 
Bayram tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon və  regional idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Biləsuvar rayonunda fəaliyyət göstərən pambıq şirkətlərinin rəhbərləri, məhsuldarlığına görə fərqlənən, müxtəlif illərdə ölkə rəhbəri tərəfindən qiymətləndirilmiş fermerlər, kəndlər üzrə icra nümayəndələri, kənd sakinləri və Biləsuvar Regional Mədəniyyət İdarəsinin musiqi kollektivi iştirak etdi. 

Tədbir zamanı rayonun müxtəlif pambıq sahələrində əl  ilə, eləcə də texnika ilə pambıq yığımı həyata keçirildi. Tədbirdə pambıq yığımı zamanı pambıqçı qızlar arasında simvolik olaraq yarış təşkil olundu. Qaliblər Biləsuvar Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı.

Biləsuvarlı kənd təsərrüfatı işciləri bir vaxtlar keçirilən, ənənəvi “Məhsul” bayramının  yenilənərək tədbiqini zəhmətkeşlərə böyük bir diqqət  olduğunu vurğuladılar və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan