Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Futbol klubu fəaliyyətə başlayır, stadionu bərpa edən tapılmır


Futbol klubu fəaliyyətə başlayır, stadionu bərpa edən tapılmır

04 mart 2022, Cümə
1 056
0
Biləsuvarda uşaqlar üçün futbol klubu fəaliyyətə başlayır.

“Bilesuvarinfo” xəbər verir ki, bu məqsədlə Masallıda fəaliyyət göstərən “Azad” Futbol klubunun  rayonda filalı fəaliyyət göstərəcək.

Klubun  məşqçi müəllimi Əli Nəcəfov bu haqda məlumat verərkən qeyd etmişdir ki, 6 yaşdan 14 yaşadək uşaqlar bizim klubumuz sayəsində peşakar futbola addımlayacaq: “İdman bildiyimiz kimi sağlamlıq, asudə vaxtlarının səmərəli keçirilməsi üçündür. Gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmağın ən ideal yoludur. Klubun fəaliyyətə başlaması barədə  məktəblərdə, təhsil müəssisələrində olaraq şagirdləri məlumatlandırırıq.  Çoxsaylı müraciətlər də almışıq. Çalışırıq ki, gəncləri ətrafımıza yığıb, onların sağlam ruhda böyüməsində xidmətimiz olsun.”

Qeyd edək ki, klubun  yeri üçün Biləsuvar şəhərində  Mərkəzi parkın  stadionu seçilmişdir. Ancaq stadionda təmir – bərpa işlərinin aparılmasına və suvarılmasına ehtiyac var.

Stadionda bərpa işləri üçün əlaqədar təşkilatlara edilən müraciətlər isə  hələ ki, cavabsız qalıb. Əgər bu mümkün olacaqsa, uşaqların futbol oynaması mümkün olacaq.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan