Çadr
» » Mini futbol turnirinin pley - off mərhələsində qalib hansı komanda oldu ? - Fotolar


Mini futbol turnirinin pley - off mərhələsində qalib hansı komanda oldu ? - Fotolar

22 oktyabr 2022, Şənbə
1 264
0
Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş Respublika Mini futbol turnirinin J və İ qrupu üzrə seçmə mərhələsi üzrə komandaların qalibləri qarşılaşıb.

“Bilesuvarinfo” xəbər verir ki, J qrupu üzrə seçmə mərhələsinin qalibi olmuş Salyan komandası ilə İ qrupu üzrə seçmə mərhələsinin qalibi olmuş Cəlilabad komandaları qarşılaşması Biləsuvarda olub. YAP Biləsuvar rayon təşkilatı turnirin pley - off mərhələsinə ev sahibliyi edib. 
Futbol yarışında, yüksək hazırlıq və mübarizə şəraitində keçən qarşılaşma Salyan komandasının Cəlilabad komandası üzərində 4:1 hesabılı qələbəsi ilə başa çatdı. Salyan komandası turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.