Məşhur MMA döyüşçüsü Rafael Fiziyevin (Feyziyev) atası əslən Biləsuvar rayonundan imiş.
"Bilesuvarinfo" xəbər verir ki, o, bu barədə CBC Sport televiziyasında deyib.
Onun sözlərinə görə, biləndəki Mübariz də o torpaqlardandır, çox böyük qürur hissi keçirib:
"Atam əslən biləsuvarlıdır. Bu yaxınlarda qohumlarım söhbət zamanı mənə bildirdilər ki, Milli Qəhrəmanımız, şəhid Mübariz İbrahimov da biləsuvarlıdır. Mənim üçün bu həqiqətən də böyük fəxrdir. Fəxr edirəm ki, həmin bölgədənəm və mənim əslim ordandır".
Qeyd edək ki, R. Fiziyev 5 mart 1993-cü ildə Qazaxıstanda doğulub. Atası milliyətcə azərbaycanlı (Biləsuvar rayonu), anası isə rusdur. Sonralar Qırğızıstana köçmüş və orada Polis Akademiyasında təhsil alıb.
"Ataman" ləqəbli Rafael Fiziyev UFC-də keçirdiyi son 6 döyüşündə rəqiblərə qalib gələrək yüngül çəkidə kəməri qazanmağa əsas namizədlərdən biri olub. O, ötən ayın 9-da braziliyalı Rafael dos Anjosla döyüşə ilk dəfə Azərbaycan təmsilçisi kimi çıxıb.
- 11 avqust, 19:14
- 2 090 dəfə oxunub
- 0