Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » İdman müəllimi zalda dünyasını dəyişdi


İdman müəllimi zalda dünyasını dəyişdi

22 mart 2022, Çərşənbə axşamı
1 668
0
Biləsuvar rayonunda trenajor  zalında ölüm hadisəsi baş verib.

“Bilesuvarinfo” xəbər verir ki, hadisə Biləsuvar şəhərində fəaliyyət göstərən idman zalında olub.

Belə ki, bura məşqə gələn, Biləsuvar şəhər sakini  Əhmədov Azər Həsən oğlu trenajorda məşq edərkən qəfildən dünyasını dəyişib. Onun ürəktutmadan  vəfat etdiyi deyilir.

Qeyd edək ki, 1973 – ci il təvəllüdlü Azər Əhmədov rayonda idmançı kimi tanınır. Gənc yaşlarından karate idman növü ilə məşğul olub. Bir neçə dəfə respublika çempionluğun əldə edib. İranda və Ukraynada keçirilən beynəlxalq yarışlarda kubok qaliblərindən olub. Məşqçi-müəllim kimi çalışıb. 

Birinci Qarabağ müharibəsi veteranı olan A. Əhmədov son illər başqa sahədə çalışsa da, mütamadi idmanla məşğul olurdu.

Faktla bağlı araşdırma aparılır.
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan