Biləsuvarda 2 yaşlı uşağın masaj zamanı ağrı şokundan öldüyü müəyyən edilib, cinayət işi başlanıb » Yerli İnformasiya Agentliyi
» » Biləsuvarda 2 yaşlı uşağın masaj zamanı ağrı şokundan öldüyü müəyyən edilib, cinayət işi başlanıb


Biləsuvarda 2 yaşlı uşağın masaj zamanı ağrı şokundan öldüyü müəyyən edilib, cinayət işi başlanıb

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabəti ilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan