Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Bu gün “Taxta bazarı”nda vəfat edən şəxs mərhum xalq artisti Ramiz Novruzun qaynıdır


Bu gün “Taxta bazarı”nda vəfat edən şəxs mərhum xalq artisti Ramiz Novruzun qaynıdır

23 noyabr 2023, Cümə axşamı
461
0

Bu gün səhər saatlarında Ziya Bünyadov prospektindəki inşaat materialları bazarında həlak olan 61 yaşlı Razi Qasımov mərhum Xalq artisti Ramiz Novruzun qohumu imiş. Bununla bağlı Ramiz Novruzun oğlu, tanınmış aktyor Cavidan Novruz məlumat verib.


“Bəli, təəssüf ki, xəbər doğrudur. Vəfat edən şəxs mənim dayımdır. 3-cü dəfədir ki, başına belə iş gəlir, mağazası yanır. Bu dəfə artıq ürəyi dözmədi. Xəbəri eşidən kimi ürəyi partlayıb, ölüb. Artıq dəfn də olunub”, – deyə Cavidan Novruz bildirib.
Məlumatı Cavidan Novruzun bacısı, stilist Şəfəq Novruzova da təsdiq edib.
“Tikinti malları olan yerdəki yanğında cəmi bir nəfər rəhmətə gedib. O da mənim dayımdır. Doğma dayım. Anamın qardaşıdır. Bilmirəm xəbəri anama necə deyim”, – o, sosial şəbəkədə paylaşdığı videoda deyib.

Şəfəq və Cavidanın atası, Xalq artisti Ramiz Novruzov cari ilin 21 fevral tarixində 67 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan