
“Bilesuvarinfo” xəbər verir ki, rayonun Dərvişli kəndində fermadan və Bəydili kəndində yerləşən mağazadan oğurluq edən şəxslər Biləsuvar Polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən edilib.
Belə ki, fermadan ümumi dəyəri 3000 manat olan 10 baş xırdabuyunuzlu heyvanın rayon sakini M.Məmmədli ilə Cəlilabad rayon sakini H.Şəmmədovun olması müəyyən edilib. Bəydili kəndində yerləşən mağazadan isə 600 manat nağd pulu, 280 manat dəyərində danışıq kartları və tütün məmulatlarının oğurlanılması bu kənd sakinləri olan P.Məmmədzadə və A.Əzizovun etməsi aşkarlanıb.
Oğurluğu edənlər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.