- 5 iyul, 19:05
- 724 dəfə oxunub
- 0
Məşqə gedən Muradı siz də tanıyın
Məmmədli Murad Kamil oğlu ilə söhbətdə məsuliyyətli bir şagird olması bizdə xoş təəssürat oyatdı. Onun 12 yaşı var. İlk tanışlıqdan oxuduğu Biləsuvar şəhər 6 saylı tam orta məktəbdə (6 "c" sinifinin) əlaçı şagird, həm də sinif nümayəndəsi olması bizi sevindirdi.
Muradla qısa tanışlıqdan onu da bildik ki, təhsilini uğurla davam etdirib, arzusu gələcəkdə bank işcisi olmaqdır. Bu peşəni seçmələ o, həm də atasının arzusunu reallaşdırıb, onu sevindirmək istəyir.
Onun idmana olan marağı da nəticəsiz olmayıb. 9 yaşından karate idmanında məşğul olan Murad 5 aydır boks idmanı ilə məşğul olur. Boksda müəllimi Məzahir Əliyevin rəhbərliyi ilə artıq çoxsaylı uğurlar qazanıb. İndiyə kimi, Şirvan və Astara şəhərlərində turnirlərdə birincilik qazanıb. Ən son qələbəsi Biləsuvar rayonunda Müstəqillik günü münasibətilə keçirilən çempionatında olub.
Tural Nəsirov