» » Mağazaya damdan girən oğru 3 min manatlıq oğurluq etdi


Mağazaya damdan girən oğru 3 min manatlıq oğurluq etdi

Biləsuvarda oğru damdan mağazaya daxil olaraq oğurluq edib. 

"Bilesuvarinfo" 
xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində, X. Quliyevə məxsus ərzaq mağazasında qeydə alınıb. Belə ki, oğru mağazaya damdan daxil olaraq təxminən 1300 manat nəğd pul və 1700  manatlıq siqaret aparıb. 

Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb. 

Artıq oğurluqda şübhəli bilinən şəxsi rayon polisi saxlayıb. 

Faktla bağlı araşdırma aparılır.
https://youtu.be/gPrsDIm2bVs​​​
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR