- 22 aprel, 00:21
- 597 dəfə oxunub
- 0
Xırmandalı kəndinə 12 km - lik içməli su xətti çəkilir
"Bilesuvarinfo" xəbər verir ki, rayonun 10 min nəfər əhalisi olan kəndində bu məqsədlə görülən işə Biləsuvar rayon Su Kanal Sahəsi daxili imkanlar hesabına start verib.
Belə ki, yeni layihəyə əsasən kəndin müxtəlif küçələrində 120 ədəd bulaq quraşdırılacaq. Nəzərdə tutulan 12 km içməli su xəttinin 8 km - də artıq işlər tamamlanıb.
Qeyd edək ki, rayonun ən böyük kəndi olan Xırmandalıda içməli su problemi əhalini narahat edən tarixi problem olub. Zaman - zaman bu məsələnin həlli ilə bağlı kənddə bir çox layihələrin icrası təmin olunsa da, bu layihə sakinlərin təmiz içməli su təminatında əsaslı dönüş yaradacaq.
Kənd əhalisi içməli su problemlərin həllinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
http://bilesuvar-ih.gov.az/news/1159.html