Biləsuvarda dahi söz sənətkarı Nizami Gəncəvinin heykəli qoyulub.
"Bilesuvarinfo" xəbər verir ki, heykəl Biləsuvar şəhər 1 saylı tam orta məktəbin həyətinə yenicə gətirilib. Heykəlin ətrafında təmir-bərpa işləri görülür.
Qeyd edək ki, məktəb yenidən tikildikdən sonra, heykəlin əsaslı təmiri yubanırdı.