
“Bilesuvarinfo” bu haqda açıqlamasında Biləsuvar Bələdiyyəsinin sədr müavini Malik Qədirov bildirmişdir ki, Biləsuvar - Bəhrəmtəpə avtomobil yoluna yaxınlıqda, Biləsuvar şəhər ərazisində, vaxtilə kolxoza məxsuz ərazidə yeni yaşayış massivi on il öncə salınıb. 168 təsərrüfat üçün nəzərdə tutulan bu ərazidə hazırda 70 ailə məskunlaşıb: “ Burada yaşayan gənc ailələrin yol və kommunal xidmətlərlə bağlı ciddi çətinlikləri olub. Ötən il rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətovun xüsusi tapşırığından sonra, yollarına qum - çinqıl örtüyü qoyulub. Bələdiyyə vəsaiti hesabına transformator alınaraq, ərazidə elektrik xəttləri çəkilib.”

Uğurlu, düşərli olsun və əminik ki, Biləsuvar Bələdiyyəsininin müraciətinə "Azərsu" tərəfindən də baxılacaq və sakinlərin su problemi də həllin tapacaq.”