» » Müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib


Müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib

Biləsuvarda müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib.

"Bilesuvarinfo"
rayon icra hakimiyyətinin saytına istinadən xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxsləri, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı, Qafqaz Müsəlmanları İdarəsinin Biləsuvar rayonu üzrə səlahiyyətli nümayəndəsi və  din xadimləri  iştirak edib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  bildirib ki,  2021-ci ilin yekunlarına həsr olunmuş yığıncaqda  2022-ci il ərzində həyata keçiriləcək işlərlə bağlı Tədbirlər Planı hazırlanmış və plana uyğun olaraq il ərzində rayon aktivlərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ziyalıların iştirakı ilə mütəmadi olaraq Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, veteranlar, dini ayin icraçıları, gənclər, qadınlar, əlillərlə görüşlərin keçirilməsi planlaşdırılır. Görüşlərin məqsədi qeyd olunan kateqoriyadan olan insanların həyat şəraiti, işguzar fəaliyyəti ilə yaxından tanış olmaq, onların qayğıları ilə maraqlanmaq, əməli köməkliklər göstərməkdir. Məhz Ramazan ayı öncəsi keçirilən bu tədbir də bir daha göstərir ki, ölkəmizdə milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub, mövcud olan dövlət-din münasibətləri həmişə yüksək səviyyədə inkişaf edib. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan İslami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsidir.
Tədbirdə Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələr din xadimlərinin nəzərinə çatdırılıb.Bildirilib ki, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə edilməməli, din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar. Tövsiyə edilib ki, bu əziz ayda dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, torpaqlarımzın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərliyin təbliğinə xüsusi diqqət yetirilsin.

Keçirilən bütün tədbirlər  dinimizin və dövlətimizin qanunları çərçivəsində keçirilməsinin vacibliyi qeyd edilib.
 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR