Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar Gənclər evinə direktor təyin edilib - FOTO


Biləsuvar Gənclər evinə direktor təyin edilib - FOTO

14 mart 2022, Bazar ertəsi
1 396
0
Biləsuvar Gənclər evinə direktor təyinatı olub. 


"Bilesuvarinfo"nun məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb. 



Müvafiq əmrlə bu vəzifəyə Vəkil Cəfərli təyin olunub.


Qeyd edək ki, Cəfərli Vəkil Adil oğlu 31 mart 1999-cu ildə Biləsuvar şəhərində anadan olub. Biləsuvar şəhər texniki fənlər təmayüllü məktəb-liseyin 1-ci sinifinə daxil olub. 7-ci sinifdən isə təhsilini Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksində davam etdirib. 


2016-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ali təhsil alıb. 


Əmək fəaliyyətinə 2021-ci ilin aprel tarixindən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyində başlayıb. 2013-cü ildən "Dünyaya Pəncərə" ictimai birliyinin üzvüdür və hazırda birliyin sədr müavinidir. 


Həmçinin universitetdə təhsil aldığı dövrdə Biznes və menecment fakültəsinin Tələbə Gənclər Təşkilatının 4 il idarə heyətinin üzvü olub. Subaydır.


XƏBƏRLƏR ŞÖBƏSİ
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan