1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Fövqəladə hallar (təbii fəlakətlər, yanğınlar) zamanı şagirdlərin davranış qaydaları” mövzusunda təlim keçirilmişdir.
"BİLESUVARİNFO.AZ" xəbər verir ki, təlimdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizəsi Xidmətinin əməkdaşları iştirak etmişlər. Təlim zamanı şərti yanğın hadisəsi təşkil olunmuş, şagird və müəllim heyəti təhlükəsizlik qaydalarına uyğun şəkildə təxliyə edilmişdir. Şagirdlər fövqəladə vəziyyət zamanı düzgün və operativ davranış nümayiş etdirmiş, təlim uğurla başa çatmışdır.
Biləsuvar rayon Rüfət Mikayılov adına Bəydili kənd tam orta ümumtəhsil məktəbi.