Biləsuvar şəhərinin bir hissəsinə qazın verilişi bərpa edilib."Bilesuvarinfo"nun məlumatına görə, şəhərdəki qaz xəttində baş verən sızma aradan qaldırılıb.
Qeyd edək ki, bu gün şəhərin H.Əliyev prospekti istiqamətindəki qaz xəttində qeydə alınan sızma nəticəsində rayon mərkəzinin bir hissəsi qazsız qalmışdı.
***17:15Biləsuvar şəhərində qaz xəttində sızma olub, rayon mərkəzinin bir hissəsi qazsız qalıb.
"Bilesuvarinfo"nun məlumatına görə, sızma şəhərin H.Əliyev prospekti istiqamətində yerləşən xətlərdən birində qeydə alınıb.
Nəticədə şəhərin bir hissəsinin qaz təchizatı dayandırılıb.
Hazırda həmin ərazidəki xətdə təmir-bərpa işləri aparılır.