Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda narkokuryerdən 10 kiloqram narkotik vasitə və həblər aşkarlandı


Biləsuvarda narkokuryerdən 10 kiloqram narkotik vasitə və həblər aşkarlandı

27 may 2025, Çərşənbə axşamı
999
0
Biləsuvarda saxlanılan narkokuryerdən 10 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə 38 yaşlı Elnur Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Bilesuvarinfo"ya verilən məlumata görə, ondan ümumilikdə 10 kiloqram tiryək və marixuana, həmçinin 855 ədəd narkotik və psixotrop tərkibli müxtəlif adlarda həblər aşkarlanıb. 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan