» » Sağ əllə sol qulağını qaşıyan məmurlar üzünüz qara olsun...


Sağ əllə sol qulağını qaşıyan məmurlar üzünüz qara olsun...

Çoxlarına inandırıcı olmayacağınadan bu haqda söz açmaqdan ehtiyat edirdim: “Bəs nə oldu, necə oldu, Biləsuvar şəhərinin əksər küçələrinin yoluna asfalt örtüyü qoyulub, qum-çınqıl örtüyü ilə təmin olunan az küçənin qalmasından yazırdınız…”  deyiləcəyindən. 

Bəli, tam səmimi, deyim ki, 1997-ci ildə Biləsuvar şəhərinin “beşiyində” olan bu ərazi yeni yaşayış massivi kimi ayrılandan, ilk dəfə bu küçənin yoluna 2021-ci ildə qum-çınqıl tökülərək, yağışda-qarda normal hərəkət mümkün oldu.

… Biləsuvar şəhərinin küçələrinin asfalt örtüyünün qoyulmasının kütləviliyini eşidən sakinlər hərə bir yolla çalışdı ki, küçəsinin afaltı qabağa düşsün. Ötən yaxın illərdə Biləsuvarın mərkəzi Heydər Əliyev prospektinin sağ və sol istiqmətində onlarla küçənin yoluna  afalt örtüyü qoyulur.

Lakin, di gəl bəzi məmurların qarnının “azzarı” səbindən ki, Heydər Əliyev prospektinə ən yaxın, Qara Qarayev və  Fikrət Əmirov küçəsində bu mənzərənin yaranır. Baxmayaraq aidiyyatı üzrə cavabdeh şəxslər də bu haqdda məlumatlıdır. Hansı ki, Prospektdən cənuba, rayon xəstəxanasından sonra ilk bu küşələr olsa da, ardıcıllıq unudularaq sonrak 8 küçənin asfaltı qoyulubdur. Bu küçənin sakinləri  hələ ki, asfaltlı yolun “davasını” etmir, palçıqlı yoldan qurtulmağı düşünür.  Sağ əllə sol qulağını qaşıyan məmurlar, üzünüz qara olsun.. . Necə ki. media nümayəndəsi olaraq üzü qara qalmışam.. .
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR