» » Mərkəzi Parkda daha bir möhtəşəm yenilk


Mərkəzi Parkda daha bir möhtəşəm yenilk

Biləsuvar şəhərinin Mərkəzi parkına 2021-ci ildə yeni nəfəs veriləndə yeniliklərdən biri parkın artırılan 2.7 ha ərazində yaşıllıq zolaqların salınması olmuşdur. Hazırda ərazidə tikinti işlərinə başlanılması bir müddətdən sonra parkın ərazisində olan yenilikləri yeni ərazisində görməyə imkan verəcək.

İş icraçısı Seyidağa Mirzəyev “Bilesuvarinfo”ya bildirmişdir ki, parkdakı yeni yaşıllıqların əhatəsində ərazinin işıqlandırılmasına və piyada səkilərinin çəkilişinə başlanılıb: “ Biləsuvar Rayon İcra Hakimiyyətinin Başcısı Faiq Qürbətov davamlı olaraq ərazidə olub, görülən işlərin səmərəli və uzunömrlü olması üçün tapşırıq və tövsiyyələrini verir. Məqsəd gələcək nəsillərə ərmağan olacaq möhtəşəm yenilklər yaratmaqdır.”

Parkda yeni layihəyə əsasən səkilərin yerləri hamarlanaraq, səki daşları qoyulur. Əraziyə çəkiləcək yeni su xətti əkiləcək  dekorativ ağac və gül kollarının suvarılmasında əlverişli olacaq.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR