Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Səkilərin yenidən qurulması davam etdirilir


Səkilərin yenidən qurulması davam etdirilir

19 dekabr 2024, Cümə axşamı
796
0
Biləsuvar şəhərində uzun illərdən bəri yararsız olan səkilərin yenidən tikintisi işləri davam etdirilir.

“Blesuvarinfo” xəbər verir ki, ötən ildən start götürülən işlərin davamı olaraq, Səməd Vurğun, Nəriman Əlizadə küçələrində  xeyli məsafədə səki daşları yenidən qurulub, yaxın vaxtlarda asfalt örtüyü ilə  da təmin olunacaq.

Həmçinin, Heydər Əliyev kücəsində sonrakı dövrlərdə aparılan yenidənqurma işləri zamanı piyada səkisinin tikintisi zamanı buraxılan nöqsanlar aradan qaldırılır. Belə ki, işiq dirəkləri səkidən kənarlaşdırıldıqdan sonra, səkinin eni normal ölçüyə gətiriləcək.
Tikinti işlərini aparan şirkətin iş icraçısı Seyidağa Mirzəyev bildirmişdir ki, görülən işlərin keyfiyyətinə xüsusi önəm verilir: “ Piyada səkisi yeni üzlük daşlarla döşənərək, ətrafı boyu həmişəyaşıllar əkiləcək. Dirəklər quraşdırılarkən az sərfiyyatı ilə işləyən “LED” tipli  müasir işıqlandırma lampalar quraşdırılacaq.”

Biləsuvar Rayon icra Hakimiyyətindən verilən məlumatda bildirilmişdir ki, mərhələ-mərhələ şəhərin bütün küçələrində piyada səkilərinin əsaslı olaraq tikinti işləri davam etdiriləcək.

Müzakirə edin

Həmçinin oxuyun:

AQRAR SUBSİDİYA ŞURASININ QƏRARI
04 noyabr 2024, Bazar ertəsi
AQRAR SUBSİDİYA ŞURASININ QƏRARI
Piyadaların rahat səkisi olacaq
20 dekabr 2022, Çərşənbə axşamı
Piyadaların rahat səkisi olacaq
Rabitə qurğusunu piyada səkisində qurdular
16 avqust 2022, Çərşənbə axşamı
Rabitə qurğusunu piyada səkisində qurdular
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan