- 2 dekabr, 20:03
- 24 dəfə oxunub
- 0
Biləsuvarda məskunlaşan daha14 məcburi köçkün ailəsi öz rayonuna qayıtdı
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən daha 14 ailədən olamaqla 54 nəfər sakinin doğma rayonuna qayıdışı təmin olununub. Onlar Cəbrayıl şəhərinə köçürülüb. Həmçinin növbəti köclə Bakı şəhərindən 10 ailə - 34 nəfər, Şəmkir rayonundan 3 ailə - 10 nəfər, Abşeron rayonundan 2 ailə - 7 nəfər, Sumqayıt şəhərindən 4 ailə - 19 nəfər, Sabirabad rayonundan 1 ailə - 5 nəfər Cəbrayıl şəhərinə yola salınıb.
Ümumilikdı bu günədək respublikamızın müxtəlf bölgələrində məskunlaşmış cəmi 237 ailə - 912 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.
Qeyd edek ki, 1993-ci ilin dekabrında erməni işğalı nəticəsində, əsasən Fizuli və Cəbrayıl rayonlarından didərgin düşmüş 30 min nəfər Biləsuvarda salınan 5 çadr şəhərçiyində məskunlaşıb. Dövlət məsburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 2003-ci ilin avqustunda, Fiziulinin Haramu düzündə salınan “Qayıdış” qəsəbəsinə fizulililər, Biləsuvar rayonunda salınan 6 Qəsəbəyə isə Cəbrayıl rayonunun 21 min nəfər sakini köcürülüb.