Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov Biləsuvarda dəfn olunub - FOTO - VİDEO


Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov Biləsuvarda dəfn olunub - FOTO - VİDEO

22 may 2024, Çərşənbə
1 637
0
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovun meyitinin qalıqları Biləsuvar rayonunda torpağa tapşırılıb.

“Bilesuvarinfo” xəbər verir ki, şəhidimiz ailəsinin yaşadığı rayondakı 1 saylı Cəbrayıl qəsəbədə vida mərasimi keçirilib.

E.İsaqov Biləsuvar rayonu 1 saylı Cəbrayıl qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin valideynləri, rayon İcra Hakimiyyəti təmsilçiləri, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elbrus İsaq oğlu İsaqov 1966-cı il avqustun 23-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb. Gəncədəki Şəhidlər xiyabanında, naməlum şəhid kimi dəfn edildiyi müəyyənləşib.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan