Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » “Piyadalar, diqqətli olun!” şərti adı altında Biləsuvarda profilaktik tədbirlər keçirilib


“Piyadalar, diqqətli olun!” şərti adı altında Biləsuvarda profilaktik tədbirlər keçirilib

02 may 2024, Cümə axşamı
452
0
Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.

"Bilesuvarinfo"nun məlumatına görə, bu istiqamətdə hərəkət iştirakçıları, xüsusilə piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir.

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun” şərti adı altında profilaktik tədbirlər keçirilib. Yol polisləri piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə marifləndirici söhbətlər aparıblar. Xəbərdarlıqlara riayət etməyən piyadalar barəsində inzibati protokol tərtib edilib.

Bununla yanaşı, yol polisləri ümumtəhsil məktəblərində keçirdikləri görüşlər zamanı məktəblilərə piyada keçidlərindən düzgün istifadə qaydaları barədə məlumatlar verilib, yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi tövsiyə olunub.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan