» » Zəhmətkeş alim, qayğıkeş insan


Zəhmətkeş alim, qayğıkeş insan

  • Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir. 2013–2014-cü illərdə həmin universitetin baytarlıq fakültəsində distant təhsil alaraq baytar həkim ixtisasını almışdır.
Elm yolunda gərgin fəaliyyəti Ələddin müəllimə hər zaman baş ucalığı gətirib. Onun öz peşəsinin kamil bilicisi olması hələ ilk fəaliyyətində, 1991–1994-cü illərdə KTN Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi olarkən özünü göstərib. Daha sonra, 1994–2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrində çalışıb.
Həmyerlimiz, respublikamızda tanınmış ziyalı, alim, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun baş direktoru vəzifəsini daşıyır.

“Tərəqqi” medallı Ələddin müəllim dünyanın bir çox ölkələrində keçirilən konfranslarda ölkəmizi layiqincə təmsil edir. Əlbətdə, zirvəyə aparan bu yolları Ələddin müəllim elə də asanlıqla keçməyib. Sıravi işçilikdən başlayaraq müxtəlif  elmi- tədqiqat institutlarında, Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifələrdə çalışmışdır. Harda işləməsindən asılı olmayaraq o dövlətə, xalqına vicdanla xidmət etməyi özünə şərəf bilmişdir. Kənd təsərrüfatı ilə bağlı ondan çox kitabın, elmi məqalələrin, tədqiqat işinin müəllifidir.

Vətən müharibəsi zamanı ordumuza, şəhid ailələrinə maddi, mənəvi dəstəyini əsirgəməyən Ələddin müəllim yurdunu, torpağını, millətini sevən ziyalıdır.
O nümunəvi fəaliyyətinə görə Elm və Təhsil Nazirliyinin “Azərbaycan Pedaqoji İnstitunun 100 illiyi” Respublika medalı ilə təltif olunub.

Ələddin müəllim elmi tədqiqat işlərini də uğurla davam etdirir. Ötən ilin sonlarında  ki, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının 3-cü və sonuncu nəşri 2023-də hazırlanmış və artıq çap edilmişdir.  Sevindirici haldır ki, “Qırmızı kitab”ın 3-cü və sonuncu nəşrinin Fauna üzrə məsul redaktoru, eyni zamanda tərtibçilərindən biri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazovdur. Bu kitabın nəşrindəki xüsusi xidmətlərinə görə Milli Elmlər Akademiyasının “Fəxri Fərmanı”na layiq görülüb.
Qeyd edək ki, hələ 1977-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanın flora və faunasının genofondunun mühafizəsi üçün Azərbaycan Respublikası “Qırmızı kitab”ının təsis edilməsinə dair qərar qəbul edilmiş, “Qırmızı kitab”ın I nəşri 1989-cu ildə, II nəşri 2013-cü ildə çap edilmişdir.

Uğurların bol olsun, yurdumun alim oğlu !
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR