Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar şəhərində və iki kəndində elektrik xətləri yenilənir


Biləsuvar şəhərində və iki kəndində elektrik xətləri yenilənir

04 fevral 2024, Bazar günü
470
0
Biləsuvar şəhəri ərazisində və iki kənddə elektrik xətləri yenilənir.

"Bilesuvarinfo"nun
məlumatına görə, artıq şəhər ərazisində yerləşən 11 nömrəli xətdə SİP kabelləşmə işləri başa çatmaq üzrədir.

Həmçinin 6 nömrəli xəttin əhatə etdiyi Biləsuvar şəhərinin Təyyarə meydanı, Promxor adlanan ərazilərində, eyni zamanda Aşağı Cürəli və Əsgərabad kəndlərində də işləri aparılır.

İşlər yekunlaşdıqdan sözügedən ərazilər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

Qeyd edək ki, Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik xətləri yararsız vəziyyətdə olduğu üçün, tez-tez enerjinin verilişində problemlər yaranırdı.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan