Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Polis mayoru Saroğlan Vahabov haqq dünyasına qovuşub


Polis mayoru Saroğlan Vahabov haqq dünyasına qovuşub

26 dekabr 2023, Çərşənbə axşamı
599
0
Təqaüddə olan polis mayoru Saroğlan Vahabov vəfat edib.

"Bilesuvarinfo" 
xəbər verir ki,  Saroğlan Bafı oğlu Vahabov 25 sentyabr 1948-ci ildə Lerik rayon Çökərə kəndində anadan olub.

O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquqşünaslıq fakültəsini bitirib.1977-ci ildə Biləsuvar Rayon Polis Şöbəsində ( keçmiş Puşkin rayon milisi ) sahə müvəkkili kimi xidmətə başlayıb. Sonra həmin şöbədə cinayət axtarış üzrə əməliyyatçısı, şöbənin istintaq qrupunun müstəntiqi və istintaq qrupunun baş müstəntiqi vəzifələrindək yüksəlib. 

2006-cı ildə yaşa görə təqaüdə çıxan S. Vahabovun 30 illik fəaliyyətində  cinyətkarlığa qarşı  səmərəli və gərgin xidmətləri olub. Birinci Qarabağ müharibəsi veteranıdır. Xidmətdə olduğu dövrdə çalışdığı şöbənin zabit heyətinin şərəf məhkəməsinin sədri, vəfatınadək isə şöbənin polis veteranları şurasının sədri  seçilib. 

Gözəl ailə başcısı olan S. Vahabovun 3 övladı, 4 nəvəsi var. 22 dekabr 2023-cü ildə yaşadığı Biləsuvar rayonunda vəfat edib.  

Allah rəhmət eləsin!.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan