» » Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Biləsuvarda vətəndaş qəbulu keçirib


Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Biləsuvarda vətəndaş qəbulu keçirib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Biləsuvarda vətəndaş qəbulu keçirib.

"Bilesuvarinfo" xəbər verir ki, qəbul zamanı idarə müdiri vətəndaşların müraciətlərini dinləyərək onları narahat edən məsələlərlə yaxından tanış olub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib. Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Vətəndaş qəbulu zamanı, əsasən işə qəbulla bağlı müraciətlər üstünlük təşkil edib.

Eyni zamanda Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli idarənin əməkdaşları ilə birlikdə rayonda ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində tədrisin təşkili vəziyyəti və payız qış mövsümü ilə əlaqədar görülmüş işlərlə yaxından tanış olublar.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR