Çadr
» » Qəzada inək sərnişinə ağır xəsarət yetirdi


Qəzada inək sərnişinə ağır xəsarət yetirdi

12 noyabr 2023, Bazar günü
836
0
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Bilesuvarinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarlarında olub.

Belə ki, Cəbrayıl rayon sakini “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən qarşısına çıxan inəyi vurub.
Qəzada zərbənin təsirindən inək maşının salonuna düşüb. Bu zaman maşının qabaq oturacağında əyləşən Cəbrayıl rayon sakini, 1998-ci il təvəllüdlü Behbudov Mahmud Qürbət oğlu baş nahiyyəsindən xəsarət alıb.

Burunu, çənəsi sınan M.Behudova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilərək Bakı xəstəxanalarından birinə yola salınıb.
Qeyd edək ki, xəsarət alan sərnişin FHN-nin əməkdaşıdır. 
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.