- 12 oktyabr, 20:41
- 503 dəfə oxunub
- 0
Faiq Qürbətov: “Təhsildə keyfiyyət əldə etməkdə birgə əmək vacib şərtdir”
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar rayonunda təhsilinin keyfiyyətinə dair Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə iştirakı ilə görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, başçının müavini Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli və məktəb direktorları iştirak etdi.
Tədbirdə başcı F. Qürbətov çıxışında bildirdi ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son dövrlərdə təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. O, rayon məktəblərində təhsilin inkişafı və daha keyfiyyətli keçirilməsi, səmərəliliyinin artması, məktəblilərin gələcək həyat və fəaliyyətinin yaxşılaşdırılması üçün təhsilin səviyyəsinin yüksəldilməsi işini gücləndirməyin vacibliyini vurğuladı: Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən, həmçinin valideynin diqqət və qayğısından asılıdır. Bu səbəbdən təhsilin keyfiyyətinin artırılması üçün birgə əmək sərf etmək vacib şərtlərdən biridir.”
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçının müavini L. Yüzbaşova çıxış edərək rayonda təhsilin keyfiyyətinə təsir edən mənfi amillərə- məktəblilərin, xüsusilə azyaşlı qızların erkən nikaha cəlb edilməsi və bunun nəticəsində təhsildən yayınma hallarına qarşı mübarizə tədbirləri və nəticələri barədə məlumat verdi. Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi S. Mənsimli rayon təhsilinin inkişaf istiqamətlərinin müəyyənəşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə danışdı.
İclasada rayonun ümumtəhsil müəssisələrində təhsilverənlərin pedaqoji prosesdə iştirak və təhsilalanların bu prosesə cəlb edilməsi səviyyəsi, o cümlədən şagirdlərin 2021-2022-ci il, 2022-2023-cü tədris ili üzrə buraxılış imtahanı nəticələri barədə slayd nümayiş olundu və nəticələr ətrafında müzakirələr aparıldı.