Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Xırmandalıda növbəti səyyar qəbul keçirilib


Xırmandalıda növbəti səyyar qəbul keçirilib

22 avqust 2023, Çərşənbə axşamı
1 505
0
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bu gün Xırmandalı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirdi.
 
"Bilesuvarinfo" xəbər verir ki, səyyar qəbulda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisələrinin, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri  iştirak edib.

Səyyar qəbul zamanı Faiq Qürbətov  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda  görülən  işlər barədə Xırmandalı kənd sakinlərinə ətraflı  məlumat verib. 

Sonra Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırıb.

Səsləndirilən bir çox məsələlər yerində həll edilib, icrası zaman tələb edən məsələlər isə icra üçün nəzarətə götürülüb.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan