- 4 avqust, 11:24
- 2 154 dəfə oxunub
- 0
O, topladığı 675 balını müəllimliyinə qurban verib
“Bilesuvarinfo” xəbər verir ki, haqqında söhbət gedən Cabbarlı Cabbar Nadir oğlu 1994-ci ildə Biləsuvar şəhərində zəhmətkeş ailədə doğulub. Orta məktəbi uğurla başa vuraraq, 675 balla Bakı Ali Neft Məktəbinə qəbul olub. O, 2013 - ci ildə rayonunda ən yüksək bal toplayan abuturiyyent olduğundan, həmin il Dövlət başçısı İlham Əliyevin cənub bölgəsinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış gənclərlə görüşə dəvət olunub.
Riyaziyyat müəllim olmaq arzuzuna nail olan Cabbar, 2018-ci ildə 655 balla daxil olduğu Bakı Dövləd Univeistetini, zərbəçi təqaüdü almaqla oxuyub, sonra MİQ müsabiqəsində uğurla iştirak edib. Ötən tədris ilindən Biləsuvar şəhəri, 6 saylı tam məktəbdə pedoqoji fəaliyyətə başlamaqla məqsədinə çatan C. Cabbarlı deyir ki, təhsilimi magistir pilləsində davam etdirə bilərdim, ancaq bakalavır təhsilinə daha artıq zaman sərf etməyim, maddi ehtiyaclar işləyib-fəaliyyət göstərmək qərarına gətirdi. Müəllim kimi fəaliyyət göstərmək mənimçün ən ümdə həyat xoşbəxtliyidir. Ziyalı kollektivlə çalışmaq, şagirdlərə dərs deməklə həyatın şirinliyini sanki indi dadıram.
Peşəsinin vurğunu, gənc pedaqoq Cabbar müəllim onu da vurğulayır ki, riyaziyyat müəllimi omaq həvəsi məktəbin 7- ci sinifində oxuyanda, riyaziyyat müəllimim Nailə xanımın öz peşəsinin vurğunu olması əvəzsizdir: “Qonşulquqda yaşayan Anar Zeynalovun bacarıqlı pedaqoq kimi, yetirmələrinin uğurlarını eşiddikcə, “Görəsən Anar müəllim məni də ali məktəbə hazırlayarmı? –deyə” düşünürdüm. O və digər müəllimlərimin gərgin zəhməti sayəsində təhsildə uğurlar əldə edə bildim. Və bu gün, özüm də çalışıram ki, nümunəvi pedoqoji fəaliyyət göstərim, dövlətimiz, xalqımıza layiqli vətəndaş olum.”
Surxay Şahbazov