Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarın Amankənd kəndinin qazlaşmayan hissəsində təbii qaz xətlərinin çəkilişinə başlanılıb


Biləsuvarın Amankənd kəndinin qazlaşmayan hissəsində təbii qaz xətlərinin çəkilişinə başlanılıb

02 iyun 2023, Cümə
498
0

Biləsuvarda Amankənd kəndinin qazlaşmayan hissəsində təbii qaz xətlərinin çəkilişinə başlanılıb.

"Bilesuvarinfo"nun
məlumatına görə, rayonun Amankənd inzibati ərazi dairəsinin bir hissəsi olan və 45 təsərrüfatda 250 nəfərin yaşadığı Köhnə Amankənd adlanan ərazidə “Azəriqaz” İB-nin Lənkəran Regional Qaz İstismar İdarəsi ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi “Açıq mikrafon” aksiyasında iştirak edən sakinlər kənddə mavi yanacağın olmamasının onların yaşayışında xeyli çətinliklər yaratdığını qeyd edərək, ölkə rəhbərliyindən və aidiyyəti şəxslərdən kəndin qazlaşdırılmasını xahiş ediblər.

Sakinlərin müraciətlərinə əsasən artıq “Azəriqaz” İstehsalat Birliyinin  tərəfindən ərazinin qazlaşdırılması işlərinə başlanılıb.

Hazırda küçə qaz xətlərinin çəkilişi aparılır. Bu işlər başa çatdıqdan sonra isə daşıyıcı qaz xətləri çəkilərək evlərə sayğacların quraşdırılması nəzərdə tutulub.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan