Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Festivalın birinci mərhələsinə Biləsuvarda start verilib


Festivalın birinci mərhələsinə Biləsuvarda start verilib

20 aprel 2023, Cümə axşamı
508
0
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Uşaq İncəsənət Festivalına start verilib. Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi festivalın birinci mərhələsi, Biləsuvar Regional Mədəniyyət İdarəsi üzrə Biləsuvarda keçirilir.

“Bilesuvarinfo” xəbər verir ki, aprelin 19 - da idarənin tabeliyindəki 3 müəssisədə keçirilən birinci mərhələdə ilkin olaraq piano ifaçılığı nominasiyası üzrə 33 nəfər qeydiyyatdan keçən uşaq iştirak edib. Bu gün isə, Heydər Əliev Mərkəzində Biləsuvar və Cəbrayıl rayonlarının musiqi məktəblərindən 28 uşaq xalq çalğı alətləri  üzrə nominasiyaya qatılıb.

Qeyd edək ki, festivalın birinci mərhələsinə respublika üzrə ümumilikdə 120 müəssisədə start verilib. Üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək insan qatılıb. 
Peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. II mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan