- 15 aprel, 18:07
- 599 dəfə oxunub
- 0
Onlara borcumuz ödəməklə bitən deyil
İstər birinci Qarabağ müharibəsində, istərsə də ikinci Qarabağ müharibəsində rayonumuzun gənc igidləri qanlarıyla adlarını tarixin yaddaşına yazdılar. Özlərini vətənin ürəyində bir dağ kimi ucaltdılar. Həqiqətən də Vətən onlara şücatlərinə, nümunəvi qəhrəmanlıqlarına görə oğul dedi. Azad Qarabağımızda bayrağımız dalğanırsa, insanlar orda rahat gəzə bilirsə, ona görə biz qəhrəmanlarımıza, qazilərimizə borcluyuq. İgidlərimizdən, şəhidlərimizdən nə qədər yazsaq da yenə də azdır. Çünki onlara borcumuzu ödəməklə bitən deyil. Onların vətənə sevgisi, yurda, torpağa məhəbbəti bir dünyaya sığası sevgi, məhəbbət deyil.
Qəhrəmanlarımızın sayəsində bu günləri başımızı dik tuta bilirik, alını açıq, üzü ağ gəzirik. Zəfərimizin səbəbkarları sizlərsiniz əziz qəhrəmanlarımız!. Hər biriniz Mübariz İbrahimovun davamçılarısınız, o sizi ardıyca apardı. Yadıma gəlir İkinci Qarabağ müharibəsində nə qədər könüllü vuruşmağa getmək istəyən gənclər var idi ki, Biləsuvar rayon Hərbi komissarlığının qarşısında dayanmışdılar. Hamısının bir məqsədi, bir məramı var idi. Tələsirdilər ki, torpaqlarımızı mənfur düşmənlərimizin, yağıların tapdaqları altından əsarətindən xilas edək. Vallah, o gənclərin içində elələri də var idi ki, heç onların üzləri ülgüc görməmişdi. O qədər mənsum, uşaq görkəmləri olsa da, amma içlərindəki qeyrət, güc, cəsarət bir 50 yaşlı kişinin qeyrəti, gücü, cəsarətindən daha çox idi. Biləsuvarda hər ailədə uşaqlara aşılayırıq ki, bizim bir düşmənimiz var.
Birinci Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında ümumilikdə 134 nəfər, o cümlədən Vətən müharibəsində 67 nəfər şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi ilə əlaqədar elan olunmuş səfərbərlik nəticəsində Biləsuvar rayonundan 850 nəfərdən artıq həmyerlilərimiz səfərbərliyə cəlb edilmiş və ya könüllü orduya qoşulmuşdur.
Əzmlə, iradəylə, dözümlə bütünlüklə hamısı arxa cəbhədə yox, ön cəbhədə vuruşmaq istəyirdilər. Heç nədən, heç kimdən qorxmurdurlar, ölümün gözünə dik baxırdılar. Ürəkləri ancaq Vətən üçün döyünürdü. Bir amalları, məramları torpaqları düşmənlərin əlindən xilas etmək idi. Bu çox böyük bir fürsət idi ki, Ali Baş Komandanımızın əmri ilə ordumuz döyüşə atılmışdı. Ölüm dirim döyüşləri idi. Müharibədə ölmək də var, yaralanmaq da, itkin düşmək də. Amma igidlərimizin içində bir qorxusu yox idi. Deyirdilər ki, bizə nəsə olsa da qoy olsun. Təki Vətən sağ olsun!!!
Bizi biz edən də, o oğullar oldu. Qanlarıyla torpaq üstünə Vətən sözünü yazdılar. Qarabağın hər tinində, məhləsində vuruşaraq təbii sərvətlərimizi, bulaqlarımızı, çaylarımızı, dağlarımızı, gül-çiçəkli bağlarımızı, Xarı bülbül gülünü, İsa bulağını, Cıdır düzünü.. . Daha nələri, nələri bizə qaytardılar. Ən əsası, ən ümdəsi bizi bizə özümüzü, özümüzə qaytardılar. O vaxta kimi boynubükük gəzirdiksə, dünənə kimi şeirlərimizdə, yazılarımızda bədbinlik yer alırdısa, indi şeirlərimiz, yazılarımız nikbin notlara köklənib. Artıq vüqarlı dağlara bənzəyirik. Eynən Qarabağımızın vüqarlı dağları kimi. Bu gün hamımız çox sevinirik. Çox sevinirik ki, daha Qarabağımızın dağlarının başı qara duman deyil, ağappaq, bəmbəyaz dumandı. Artıq Qarabağın dağları qara, yas paltarını əyinlərindən çıxarıblar. Bəmbəyaz gəlinlik paltarını geyiniblər. Torpağlarımız rahat nəfəs alırlar. Şuşanın, Ağdamın, Laçının, Kəlbəcərin, Füzulinin, Cəbrayılın, Qubadlının öz görkəmi, öz əzəməti özünə qayıdıb.
30 illikdən sonra Vətən də Vətən olub. Əlbəttə ki, Ali Baş Komandanımızın, Müzəffər ordumuzun qüdrəti sayəsində. İkinci Qarabağ müharibəsində igidlərimiz inadı, fədakarlığını olmasaydı bəlkə də biz bu gün Qarabağda olmazdıq. Hər biri gözlərimizdə elə ucaldılar ki... Şax duruşlarına, boy - buxunlara baxanda elə bilirdim ki, əzəmətli, uca bir dağ görürərəm. Bizim vətən oğullarımız o qədər məğrur, qürurludur. Həm də çox sevinirəm ki, qəhrəmanlarımız gələcək nəsilin yanında bizi üzü kölgəli, gözü pərdəli qoymadılar. Çox şükür Yaradanın böyüklüyünə ki, qara buludları başımız üstündən çəkdi, qara dumanları yolumuzdan ilim - ilim itirdi. İkinci Qarabağ müharibəsində hər bir kəs öz sahəsində əsgər idi. Biz də öz sahəmizdə yazdığımız şeirlərlə, nəğmələrlə belə demək düzgün olarsa, səngərimizdə əsgər idik. Qələmimiz ancaq Qarabağ haqqında şeirlər, poemalar, nəğmələr yazırdı. Çox sevinirəm ki, mən də azad Qarabağımıza çoxlu şeirlər, nəğmələr, poema, yazılar həsr etdim.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!! ALLAH QAZİLƏRİMİZİ QORUSUN!!!
Mərd igidlər çıxır Biləsuvardan!
Ay nankor erməni, ay satqın alçaq,
Burax əllərindən bizimdi torpaq.
Paşinyan gözünü aç yaxşıca bax,
Mərd igidlər çıxır Biləsuvardan!
Ən çox şəhid verən canım torpağım,
Şuşada sancılar şanlı bayrağım.
Dərsini verməyə düşmən alçağın,
Mərd igidlər çıxır Biləsuvardan!
Sonu olacaqdı bu müsibətin,
Qələbə çalacaq məğrur dövlətim!
Yağılar düşünsün son aqibətin,
Mərd igidlər çıxır Biləsuvardan!
Mübariz, Rəşadlar böyüdür Vətən,
Hər biri yağının bağrını didən.
Açsın kar qulağın eşitsin düşmən,
Mərd igidlər çıxır Biləsuvardan!.
Qələmə aldı: Fuad Biləsuvarlı