Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » “Azərbaycanda gənclər işinin perspektivləri” layihəsi çərçivəsində Biləsuvara səfər olub


“Azərbaycanda gənclər işinin perspektivləri” layihəsi çərçivəsində Biləsuvara səfər olub

09 dekabr 2022, Cümə
684
0
“Azərbaycanda gənclər işinin perspektivləri” layihəsi çərçivəsində Biləsuvara səfər olub.

"Bilesuvarinfo"
xəbər verir ki, Avropa Komissiyasının “Erasmus+ Gənclər” və “Avropa Həmrəylik Korpusu” proqramlarının Azərbaycan üzrə məlumat mərkəzi olan “Sağlam Düşüncə” Gənclər Təşkilatı SALTO Şərqi Avropa və Qafqaz ölkələri üzrə Resurs Mərkəzi ilə birgə “Azərbaycanda gənclər işinin perspektivləri” layihəsi çərçivəsində gənclərlə işləyən 20-ə yaxın Avropa təşkilatının və dövlət qurumlarının nümayəndələri Biləsuvar Gənclər evində tanışlıq səfərində olub. 

Qonaqlara Biləsuvar Gənclər evinin ümumi və qeyri-formal təhsil istiqamətində gördüyü işlər, həmçinin gənclərlə işləyən təşkilatların fəaliyyəti barədə məlumat verilib.

Biləsuvar Gənclər evi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatı arasında Avropa ölkələrindən gələn təşkilatlarla qeyri-formal təhsil, beynəlxalq könüllülük proqramı və təcrübə mübadiləsi aparmaq qərara alınıb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan