Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib


Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib

08 dekabr 2022, Cümə axşamı
773
0
Biləsuvar rayonunda Ağsaqqallar Şurasının növbədənkənar konfransı keçirilib.

"Bilesuvarinfo"nun
məlumatına görə, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransda torpaqlarımızın azadlığı uğrunda canından keçən əziz qəhrəmanlarımızın və  hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildirib ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyyə və məsləhətlərinə hər zaman ehtiyac vardır. Bu gün də gənclərin dövlətə, xalqa sadiq, vətənə bağlı, zərərli, yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyyə olunması işində  ağsaqqallarımız yorulmadan fəaliyyət göstərmələrini xüsusi qeyd edilib.

Növbədənkənar konfransda Akif Naib oğlu Kazımovun Biləsuvar rayon Ağsaqqallar Şurasının sədrliyinə namizədliyi verilərək yeni sədri seçilib.

Qeyd edək ki, bundan əvvəlki sədr Əli Babayev təxminən 6 ay öncə insultdan vəfat edib.

Müzakirə edin

Həmçinin oxuyun:

Əli Babayev vəfat etdi
05 iyun 2022, Bazar günü
Əli Babayev vəfat etdi
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan