» » Şəhid Mehman Kərimovun xatirəsi əbədiləşdirilib


Şəhid Mehman Kərimovun xatirəsi əbədiləşdirilib

1975 – ci ilin 14 noyabırında Biləsuvarın Əsgərabad kəndində anadan olan Mehmanın 2 qardaş, 1 bacısı olub. Sonbeşik övlad olması Mehmanı böyüdüyü ailənin sevimlisi etmişdir. Özündən böyük bacı - qardaşları  Vətəndən uzaqda – Qazağıstanda doğulub, rus məktəbində təhsil aldıqlarından,  məktəb yaşı çatanda Mehmanı Nizami Gəncəvi adına Biləsuvar şəhər 1 saylı tam orta məktəbə, rus sektorunda təhsil alamağa gətiriblər.

Ömrünü halallıqla yaşayan, kolxozda sürücü işləyən Xanış kişi övladlarını gənc yaşlarınada zəhmətə alışdırıb, onları Vətəni sevməyi də öyrədib. Böyük qardaşı Fərhad müəllim deyir ki, 1994-ci ilin yanvarında Mehmana həqiqi hərbi xidmətə çağırış vərəqi gələndə, biz istədik, komissarlığa müraciət edək ki, onun səhhətindəki problemin tam aradan qalxdıqdan sonra xidmətə aparsınlar. Ancaq Mehman birmənalı olaraq bunu istəmədi, elə çağırış vaxtında ordu sıralarında xidmətinə başladı. 

Mehman harda olmuşdursa fəaliyyətində  nümunə göstərməyəyə çalışıb. Onun Milli ordu sıralarında xidmətə başlaması, qardaş Türkiyyənin hərbicilərin əsgərlərimizə təlimlərçün gəldiyi ilk vaxtlara təsadüf edir. 3 aylıq   hərbi təlimlərdən sonra xidmət etdiyi bölüyün peşəkar hərbiçilər sırasında düşmənlə savaşa yollanır. Mənfur düşmənin torpaqlaırımızı işğala məruz qoyması Vətən oğullarını, Mehmanın olduğu bölükdəki qəhrəmanları düşmənə olan qəzəbi artırırdı. Bu zaman onları qələbəyə ruhlandıran məqam var idi – Xalqının xilaskarı Heydər Əliyevin hakimiyyətə qayıdışı, ordu quruculuğuna başlanılması, vahid komandanlığın təmin olunması!. Ağdam istiqamətində başlanan əks-hücum əməliyyatları onlara böyük uğurlar   gətirir. Neçə - neçə kənd, yaşayış məntəqəsi düşməndən təmizlənir. Düşmənin bir addımlığınadək irəliləyib, erməni komandirini də özlərilə əsir gətirirlər.

Cəbhədə Azərbaycan əsgərinin üstünlük əldə etməsi erməniləri daha azğınlaşırırdı. Xarici havadarlarından dəsdək alan düşmən bütün cəbhə boyu təxribatlarını, müqavimətini artırırdı. Ancaq   Azərbaycanın məğrur vətən oğullarının Ali Baş Komandana arxalanması sayca və təhcizatla üstün düşmənə qətiyyətli mübarizədən çəkindirmir. Qanlı döyüşlər ara vermir, Ağadamın Güllücə kəndi istiqamətində yüksəkliyi tutmaq Mehmanın bölüyünə verilən növbəti tapşırıq  olur. O, verilən taışırığın yerinə yetirilməsində düşmən gülləsinə tuş gəlir. 1994 - ci ilin 18 apreli Mehmanın son döyüş günü olur, düşmənlə yaxın mövqeydə şəhid olması yaralı silahdaşlarına onun nəşini döyüş meydanından çıxarmağa imkan vermir. 

Oğlunun şəhid  olması xəbərini eşidən Xanış kişi cəbhəyə üz tutur, həyatını riskə atıb, düşmənin daima atəş altında saxladığı, oğlunun şəhid olduğu mövqeyə yaxınlaşır. Bir anlığa bu mənzərədən xəbər tutan Azərbaycan əsgəri, şəhid atasını ölümün bir addımlığından xilas edib, təhlükəsiz əraziyə çıxarır.

... 28 il öncə  oğlunun döyüşdə itkin düşməsi xəbərini eşidən Güldəstə ananın gözü yoldadır. Oğlunun bir gün nəşinin tapılaraq kəndlərinə gətirilməsini yanğılı həsrətlə gözləyir. Bunun üçün aidyyətı dövlət qurumlarının səyləri hələ nəticə verməyib. Ermənistan dövləti birinci Qarabağ müharibəsində itkin düşən  azərbaycanlının axtarışında, möcud məzarlıqların xəritəsini verərsə, yüzlərlə şəhidin itkin talehidən xəbər çıxacağı şübhəsidir. Ulu Yaradandan arzu edirik ki, bu axtarışlarda Kərimovlar ailəsinin də  həsrətinə son qoyulsun.

Qarşıdan Mehmanın doğum günü yaxınlaşır, Əsgərabad kəndində onun adını daşıyan küçədə adına xatirə bulaq kompleksi ucaldılıb. Şəhid Mehman Kərimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə kəndin mərkəzi küçələrindən birinə onun adı verilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR