Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirildi


Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirildi

04 noyabr 2022, Cümə
432
0
Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında  Şuranın növbəti iclası olub.

"Bilesuvarinfo" xəbər verir ki iclasda “Rayonun idarə, müəssisə və təşkilatlarında payız-qış mövsümünə hazırlıq”, “Payızlıq əkin işlərinin gedişi, əkin sahələrinin suvarılma vəziyyəti, bu sahədə olan problemlər” və “Sudan İstifadəedənlər Birliklərinin fəaliyyəti” mövzularında məsələlər müzakirə olunub.

Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı - Şuranın sədri Faiq Qürbətovun, şura üzvlərinin, fəaliyyətləri müzakirə olunan idarə, müəssisə və təşkilatların məsul şəxslərinin iştirakı ilə keçirilən iclasda bu sahələr üzrə görülən işlər və aşkara çıxarılan problemlər barədə geniş müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirilib.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə sözügedən təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Müzakirə olunan məsələlərlə bağlı Şura iclasında müvafiq qərarlar qəbul olunub.
http://bilesuvar-ih.gov.az/az/news/bilesuvar-rayon-icra-hakimiyyeti-bascisi-yaninda-suranin-novbeti-iclasi-kecirildi.html
https://twitter.com/BilesuvarRih/status/1588522132866478085
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan