Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Bu yolun da əsaslı təmirinə başlanılır


Bu yolun da əsaslı təmirinə başlanılır

08 oktyabr 2022, Şənbə
733
0
Keçmiş Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən müəyyən hissəsi qəzalı vəziyyətdədir.

Bu barədə "Bilesuvarinfo"ya sürücülər və sərnişinlər məlumat verib. 

Onların sözlərinə görə, bu yolda addımbaşı çala-çuxura rast gəlinir:

"Düzdür vaxtaşırı bəzi yerlərdə təmir işləri aparılır. Lakin bu kifayət deyil. Gərək bu yol yenidən qurulsun. Yoldan istifadə edən zaman əziyyət çəkirik. Maşınımız tez-tez xarab olur".

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, problem mərhələli şəkildə həll ediləcək:

"Yaxın vaxtlarda ilkin olaraq bu yolun Biləsuvar rayonundan keçən hissəsində işlərə başlanılacaq".
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan