
"Bilesuvarinfo" xəbər verir ki, rayonda tikilən fərdi yaşayış evlərinin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və digər qonaqlar iştirak edib.

2022-ci ildə rayon ərazisində 12 nəfər Qarabağ Müharibəsi əlili və şəhid ailəsi üçün fərdi yaşayış evinin tikintisinə başlanılmış və 5 evin tikintisi tam başa çatdırılmışdır. Bu gün həmin mənzillər sahiblərinə təqdim olunur. Qalan mənzillərin də bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib.




