Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » 1 oktyabr- Ahıllar Günü qeyd olunub


1 oktyabr- Ahıllar Günü qeyd olunub

01 oktyabr 2022, Şənbə
552
0
Biləsuvar Rayon İcra Hakimiyyətində 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibəti ilə tədbir keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov hər il oktyabrın 1-i tarixinin bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunduğunu bildirib. Qeyd olunub ki, bu tədbirin beynəlxalq səviyyədə keçirilməsi ahıllara diqqət və qayğının artırılması məqsədini daşıyır. Bu gün yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. İcra başçısı bildirib ki, Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb.

Tədbirdə çıxış edən ağsaqqallardan Akif Kazımov, Qəmbər Bağırov və digərləri yaşlı nəsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar ölkə başçısının düşünülmüş, məqsədyönlü siyasətini hər zaman dəstəklədiklərini bildiriblər.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan